"Dortmund”da yeni müqavilə - RƏSMİ
26.08.2025 - 14:25
"Dortmund”da yeni müqavilə - RƏSMİ

Almaniya Bundesliqası təmsilçisi “Borussiya Dortmund”da yeni müqavilə imzalanıb.

Apasport.az xəbər verir ki, “arılar” baş məşqçisi Niko Kovaçla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına qədər uzadılıb.

Klubun idman direktoru Lars Riken Niko haqda bunları bildirib:

“Niko bütün ruhunu bu kluba həsr edib. O dürüstdür, prinsipləri var. Oyunçuya dəyər verməyi, mükafatlandırmağı bacarır. Onun gəlişi ilə biz müdafiədə olan problemləri aradan qaldırdıq. Əvvəlkindən daha yaxşı oynamağa başladıq və yenidən uğurlu olduq”.

Qeyd edək ki, Niko Kovaç bu ilin əvvəlində Nuri Şahinin istefaya göndərilməsindən sonra “Dortmund”un məşqçi postuna təyin olunub.