“Dortmund”da yeni təyinat - RƏSMİ
23.03.2026 - 22:17
“Dortmund”da yeni təyinat - RƏSMİ

“Borussiya Dortmund”da yeni təyinat gerçəkləşib.

Apasport.az xəbər verir ki, komandanın idman direktoru vəzifəsinə Nils-Ole Buk təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 40 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər Dortmund təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, o, bu vəzifədə Sebastian Kehli əvəzləyib.