Dünya çempionatından sonra ayrılıq: Renar istefa verdi
04.07.2026 - 21:50
Dünya çempionatından sonra ayrılıq: Renar istefa verdi

Tunis millisində baş məşqçi Erve Renar istefa verib.

Apasport.az xəbər verir ki, fransalı mütəxəssis bu qərarı komandanın DÇ-2026 ilə vidalaşmasından sonra qəbul edib.

Tunis mundialda qrup mərhələsini adlaya bilməyib. Bundan sonra Renar yığmadakı postundan ayrılıb.

Qeyd edək ki, Erve Renar Tunis millisinə dünya çempionatı ərəfəsində baş məşqçi təyin olunmuşdu.