Dünya çempionu Meksika klubunda - RƏSMİ
10.07.2025 - 10:12
"Atletiko Madrid"in və Argentina millisinin üzvü Anxel Korrea karyerasını Meksikada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 30 yaşlı vinger "Tiqres" klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Korrea ilə 5 illik müqavilə imzalanıb. "Tiqres" onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Anxel Korrea 2015-ci ildən "Atletiko Madrid"də çıxış edirdi. O, Argentina millisi ilə 2022-ci ildə dünya çempionatının qalibi olub.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0