Dünyanın ən yaxşı gənci yenə Yamal seçildi
22.09.2025 - 23:12
"France Football" tərəfindən dünyanın ən yaxşı gənc oyunçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu ada Lamin Yamal layiq görülüb.
18 yaşlı hücumçu ikinci dəfə bu titula layiq görülüb.
"Barselona"nın üzvü 21 yaşadək futbolçular arasında ən yaxşıya verilən “Raymond Kopa” mükafatını ardıcıl iki dəfə qazanan ilk oyunçu olub.
Qeyd edək ki, Türkiyə millisi və "Yuventus"un üzvü Kenan Yıldız sıralamada 5-ci yerdə qərarlaşıb.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0