Duran Rusiyada ən bahalı futbolçu oldu
10.02.2026 - 23:48
"Fənərbaxça"nın sabiq futbolçusu Con Duran Rusiya Premyer Liqasında lider statusuna sahib çıxıb.
Apasport.az xəbər verir ki, o, ölkə çempionatının ən dəyərli oyunçusu adına yiyələnib.
"Transfermarkt" portalı kolumbiyalı futbolçunun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.
"Zenit" 22 yaşlı oyunçunu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan 2025/26 mövsümünün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Duran 2025-ci ilin iyul ayından icarə əsasında "Fənərbaxça"da çıxış edib.
0
0