“Düşünürdüm ki, artıq “Barselona”da oynamayacağam”
12.01.2026 - 00:14
“Düşünürdüm ki, artıq “Barselona”da oynamayacağam”

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasının ilk illərində üzləşdiyi çətinliklərdən danışıb.

Apasport.az xəbər verir ki, gənc futbolçu açıqlamasında üçüncü İspaniya divizionunda çıxış edən “Linares” klubuna icarəyə göndərildiyi dövrü xatırlayıb.

Lopes həmin vaxt “Barselona”ya qayıtmaq şansının qalmadığını düşündüyünü etiraf edib: “Linares"də oynadığım vaxt "Barselona" qapısının mənim üçün bağlandığını sanırdım. Amma orada həm futbolçu, həm də insan kimi çox inkişaf etdim. Geri qayıdanda isə bütün diqqətimi hazırlıq mərhələsinə yönəltdim və nəticədə əsas komandada qala bildim”, – deyə Fermin Lopes bildirib.

Qeyd edək ki, Fermin Lopes cari mövsümdə bütün turnirlərdə “Barselona”nın heyətində 20 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.