Eberl transfer planını açıqladı – "Bavariya"da ayrılıqlar olacaq
29.07.2026 - 17:05
Eberl transfer planını açıqladı – "Bavariya"da ayrılıqlar olacaq

Almaniyanın "Bavariya" klubunun idman direktoru Maks Eberl komandanın transfer siyasəti və heyətlə bağlı son vəziyyətə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, funksioner yay transfer pəncərəsi ilə bağlı vacib açıqlamalar verib.

Eberl yeni transfer Nataniel Braunu xüsusi vurğulayıb:

"Nataniel Braun mütləq transfer etməli olduğumuz futbolçu idi. O, bir çox fərqli mövqedə oynaya bilir".

O, Kanada millisinin müdafiəçisi Alfonso Deyvisin komandada qalacağını bildirib:

"Alfonso Deyvis komandada qalır".

İdman direktoru sol cinah oyunçusu transferindən imtina etdiklərini də açıqlayıb:

"Əvvəlcə sol cinah oyunçusu transfer etməyi planlaşdırırdıq. Amma Saibarinin transferindən sonra bu plan dəyişdi. Artıq yeni sol cinah oyunçusu almayacağıq".

Eberl bəzi futbolçuların satışa çıxarıldığını da təsdiqləyib:

"Boey, Palinya və Saraqosa transfer siyahısındadır".

O, Maykl Olisenin komandadan ayrılmayacağını da vurğulayıb:

"Maykl Olise komandada qalacaq. Ona 11 nömrəli forma təklif etdik, amma 17 nömrə ilə oynamağa davam etmək istədi".

Sonda Eberl Camal Musiala, Serj Qnabri və Karlın Asiya turnesində iştirak etməyəcəyini bildirib:

"Musiala, Qnabri və Karl Asiya turunda olmayacaqlar. Onlar daha sonra komandaya qoşulacaqlar".

Qeyd edək ki, "Bavariya" yeni mövsümə hazırlıq çərçivəsində iyulun 27-30-da Almaniyanın Ro­tax-Eqern (Tegernsee) bölgəsində təlim-məşq toplanışı keçir. Münhen təmsilçisi avqustun 1-8-də isə Cənubi Koreya və Honkonqu əhatə edən Asiya turuna yollanacaq