Ederson rəsmən “Fənər”də
02.09.2025 - 11:15

“Fənərbaxça” daha bir transferi rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Mançester Siti”nin qapıçısı Edersonu heyətinə qatıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 32 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb.
Braziliya millisinin üzvü “Fənərbaxça”da illik 11 milyon avro maaş qazanacaq.
0
0