“Əl-Əhli”nin futbolçusu “Tottenhem”in radarında
09.11.2025 - 10:55
“Əl-Əhli”nin futbolçusu “Tottenhem”in radarında

"Əl-Əhli"nin hücumçusu Ayven Toni İngiltərəyə qayıtmağa yaxındır.

Apasport.az xəbər verir ki, "Tottenhem" 29 yaşlı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Team Talk" nəşri məlumat yayıb.

London klubu Tonini yanvar ayında satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Təcrübəli forvard özü də İngiltərə millisinin DÇ-2026 heyətində yer almaq üçün "Tottenhem"də oynamağa müsbət yanaşır. 

Qeyd edək ki, "Əl-Əhli" Ayven Tonini 2024-cü ilin yayında "Brentford"dan 42 milyon avroya transfer edib.