“Barselona”nın braziliyalı hücumçusu Rafinyanın “El-Klasiko”da oynamaq ehtimalı azalır.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu sentyabrın sonunda zədələndikdən sonra həm “Barselona”nın son üç görüşünü, həm də Braziliya millisinin oktyabr toplanışını qaçırıb.
Bildirilir ki, Rafinyanın bərpa prosesi gözlənildiyi kimi davam etmir və müəyyən problemlər yaranıb. Bu səbəblə futbolçunun “Real Madrid”lə qarşılaşmada meydana çıxması çətin görünür.
Xatırladaq ki, “Barselona” 26 oktyabr tarixində “Real Madrid”in qonağı olacaq. Kataloniyalılar həmin oyuna qədər 18 oktyabrda La Liqada “Jirona” ilə, 21 oktyabrda isə Çempionlar Liqasının 3-cü turunda “Olimpiakos”la üz-üzə gələcək.
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı