Emre Belözoğlu bu klubu çalışdıracaq
08.10.2025 - 18:46

"Antalyaspor"dan ayrılan Emre Belözoğlunun yeni iş yeri bəlli olub.
Apasport.az "Fanatik"ə istinadən xəbər verir ki, o, Super Liqanın digər təmsilçisi "Eyüpspor"u çalışdıracaq.
46 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacağı bildirilib. O, bu vəzifədə Selcuk Şahini əvəzləyəcək.
Qeyd edək ki, Emre Belözoğlu bu ilin yanvar ayında "Antalyaspor"un baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl "Başakşehir" və "Ankarügücü" klublarının da baş məşqçisi olub.
0
0