Emreli qol hesabını açdı - VİDEO
17.08.2025 - 19:24
Emreli qol hesabını açdı - VİDEO

Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə start verib.

Apasport.az xəbər verir ki, onun komandası I mərhələdə V Liqa təmsilçisi "Ayntraxt 1949"la qarşılaşıb.

Matç "Kayzerslautern"in darmadağını ilə nəticələnib. Komanda 7:0 hesablı qələbəyə sevinib.

Həmyerlimiz görüşə start heyətdə başlayıb. O, 15-ci dəqiqədə fərqlənib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.