PSJ-nin müdafiəçisi Premyer Liqa klubunda - RƏSMİ
17.08.2025 - 16:53

PSJ-nin üzvü Nordi Mukiele karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, fransalı sağ cinah müdafiəçisi "Sanderlend"ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Premyer Liqa komandası 27 yaşlı futbolçu üçün Paris təmsilçisinə 12 milyon avro ödəyib. Oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nordi Mukiele ötən mövsümü icarə əsasında "Bayer"də çıxış edib.
0
0