“Fənər” Fransa millisinin üzvü ilə maraqlanır
16.05.2025 - 23:27
“Fənər” Fransa millisinin üzvü ilə maraqlanır

"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücəndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi icarə əsasında "Yuventus"da çıxış edən Randal Kolo Muanidir.

Bu barədə "Sabah" nəşri məlmat yayıb.

Mənbənin məlumatına görə, "sarı-lacivərdlilər" fransalı futbolçunun müqavilə ilə məxsus olduğu PSJ ilə danışıqlara başlayacaq.

Türkiyə klubu 26 yaşlı forvard üçün 25 milyon avro təzminat ödəməyə hazırdır.

Xatırladaq ki, Muani bu ilin yanvar ayında "Yuventus"a icarəyə verilib.

Qeyd edək ki, Fransa millisinin üzvü "qoca sinyora"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.