"Fənər" Klublar Birliyindəki fəaliyyətini dayandırıb
15.09.2025 - 15:22
“Fənərbaxça” Klublar Birliyindəki fəaliyyətini dayandırıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb “Trabzonspor”un prezidenti Ertuğrul Doğanın açıqlamaları olub. O, 3 iyul hadisələrinə istinad edərək “Fənərbaxça”nın FETÖ ilə əlaqəli olduğunu iddia edib və bu haqsızlığa son qoyulmasını tələb edib.
“Sarı-lacivərdlilər”in prezidenti Ali Koç isə bu açıqlamalarına görə Ertuğrul Doğanın istefa verməsini tələb edib.
Qeyd edək ki, ötən gün keçirilən “Fənərbaxça” – “Trabzonspor” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0