
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda “Lion”un qapısını qoruyan Lukas Perri ilə yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, “sarı-lacivərdlilər” artıq qapıçı üçün Fransa klubuna 7 milyon avroluq təklif göndərib.
Bu transfer baş tutarsa, "Fənər" Dominik Livakoviçi satacaq. İstanbul təmsilçisi 27 yaşlı futbolçunu xorvatiyalı qapıçının əvəzedicisi kimi görür.
Xatırladaq ki, “Lion” Perrini ötən ilin yayında “Botafoqo”dan 3,25 milyon avroya transfer edib.
Braziliyalı qolkiper bu mövsüm komandasının heyətində 44 rəsmi matçda iştirak edib.