“Fənər” “Yuventus”un forvardı ilə maraqlanır
19.06.2025 - 01:45
“Fənər” “Yuventus”un forvardı ilə maraqlanır

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça”nın yeni transfer hədəfi müəyyənləşib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" “Yuventus”un hücumçusu Arkadiuş Miliklə maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, “Fənərbaxça” polşalı forvardla danışıqlar aparır.

Onun “qoca sinyora” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.

Qeyd edək ki, 31 yaşlı hücumçu "Yuventus"a 2023-cü ildə "Marsel"dən 7,3 milyon avroya transfer olub.

Polşa millisinin üzvü cari mövsümdə zədə səbəbindən heç bir rəsmi oyunda iştirak edə bilməyib.