“Fənərbaxça” son günlər yayılan iddialarla bağlı rəsmi açıqlama yayıb.
Apasport.az xəbər verir ki, klubun bəyanatında “Sky Sport”un yutub kanalında Ahmet Çakar tərəfindən səsləndirilən fikirlərin həqiqəti əks etdirmədiyi və tamamilə əsassız olduğu bildirilib.
Qeyd olunub ki, texniki heyətlə futbolçular arasında hər hansı qarşıdurma və ya insidentin yaşanması ilə bağlı iddialar doğru deyil. Klub ictimaiyyəti bu cür məlumatlara inanmamağa çağırıb.
Eyni zamanda vurğulanıb ki, sözügedən açıqlamalarla bağlı hüquqi addımlar atılacaq.
Xatırladaq ki, Ahmet Çakar komanda daxilində gərginlik və qarşıdurmaların yaşandığını iddia etsə də, “Fənərbaxça” bu iddiaları qəti şəkildə təkzib edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”