Bu yay “Lill” ilə müqaviləsi başa çatan Conatan Deyvid komandanı tərk edə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı futbolçu “Fənərbaxça”nın hədəfindədir.
Leroy Sanenin “Qalatasaray”a keçidinin ardından "sarı lacivərdlilər" heyətini gücləndirmək üçün hərəkətə keçib.
“Fənərbaxça” 25 yaşlı hücumçunu ən qısa müddətdə İstanbula gətirmək istəyir.
Həmçinin bildirilir ki, Kanada millisinin futbolçusu Türkiyə təmsilçisindən 9 milyon illik maaş və 15 milyon imza bonusu tələb edir.
Qeyd edək ki, Conatan Deyvid bu mövsüm “Lill” forması ilə çıxdığı 49 oyunda 25 qol və 12 məhsuldar ötürməyə imza atıb.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi