“Fənərbaxça” “Rizespor”la qarşılaşmaya itkilərlə çıxacaq
22.11.2025 - 19:16
“Fənərbaxça” “Rizespor”la qarşılaşmaya itkilərlə çıxacaq

Türkiyə Super Liqasının 13-cü turunda “Fənərbaxça” səfərdə “Rizespor”la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Domeniko Tedeskonun rəhbərlik etdiyi İstanbul təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Cəzalı olan Nelson Semedo və zədəsi davam edən Sebastiyan Şimanski heyətdə yer almayacaq. Milli komandadan yorğun qayıdan Edson Alvaresin durumu isə oyun günü bəlli olacaq.

Müdafiəçi Ceyden Ostervolde isə sarı vərəqə limitindədir. Əgər o, bu matçda xəbərdarlıq alarsa, “Qalatasaray”la oyunu buraxmalı olacacaq. Liqanın yeganə məğlubiyyətsiz komandası olan "Fənərbaxça" lider “Qalatasaray”dan 1 xal geri qalır və derbi öncəsi xal itirməməyə çalışır.

Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.