"Fənərbaxça" UEFA siyahısını yenilədi – Muriqi əlavə olundu
01.08.2026 - 14:01
"Fənərbaxça" UEFA-ya təqdim etdiyi iştirak ərizəsində dəyişiklik edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Şturm Qraz" klubuna qarşı keçiriləcək oyunlar üçün Vedat Muriqinin adını siyahıya daxil edib.
Kosovalı hücumçu UEFA siyahısında Levent Mercanın yerini tutub.
Qeyd edək ki, "Fənərbaxça" ilə "Şturm" arasında ilk oyun avqustun 5-də İstanbulda, cavab qarşılaşması isə avqustun 12-də Qrazda keçiriləcək.
0
0