"Fənərbaxça"da ayrılıq
09.10.2025 - 13:55
"Fənərbaxça"da ayrılıq

Mərakeşli hücumçu Yusuf En-Nesiri “Fənərbaxça”dan ayrılmağa qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avropa Liqasında “Nitsa”, Super Liqada isə “Samsunspor”la matçda performansı tənqid edilən mərakeşli oyunç artıq İstanbul klubunda qalmaq istəmir.

En-Nesiriyə Səudiyyə Ərəbistanıdan təkliflər var. O, yaxın zamanda seçimini edəcək.

Xatırladaq ki, Yusuf bu mövsüm 9 oyunda 5 qol vurub.