“Fənərbaxça”da keçiriləcək prezident seçkiləri ilə bağlı yenilik yaşanıb.
Apasport.az xəbər verir ki, klubun sabiq idarəçilərindən Mehmet Ali Aydınlar seçkilərdə namizəd olmayacağını açıqlayıb.
O, hazırkı mərhələdə "Fənərbaxça"nın gələcəyinə adından istifadə edilərək kölgə salınmaması üçün prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirib. Daha əvvəl namizəd olacağını açıqlayan Aydınların bu qərarı “Fənərbaxça” camiəsində seçki öncəsi diqqət çəkən məqamlardan biri olub.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkiləri ilə bağlı Hakan Safi və Barış Göktürkün namizədliyi gündəmdədir. Sabiq prezident Aziz Yıldırımın isə seçkidə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”