“Fənərbaxça”dan 6 milyonluq təklif
18.12.2025 - 16:32
“Fənərbaxça”dan 6 milyonluq təklif

Almaniyanın “Union Berlin” klubunda çıxış edən Dioqo Leyte karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi portuqaliyalı müdafiəçinin transferi üçün Berlin klubuna 6 milyon avro təklif etməyə hazırlaşır. Tərəflər arasında danışıqların yaxın günlərdə başlanacağı istisna edilmir.

Qeyd edək ki, Dioqo Leyte cari mövsümdə Bundesliqada 10 oyunda meydana çıxıb və “Union Berlin”in əsas rotasiya oyunçularından biri hesab olunur.