"Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
11.01.2024 - 01:13
Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış matçları keçirilib.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" "Konyaspor"u qəbul edib.
Edin Dzekonun het-trik etdiyi görüşdə meydan sahibləri 7:1 hesablı qələbə qazanıb. Qalibiyyətlə xallarının sayını 50-yə çatdıran istanbullular liderliklərini qoruyub, saxlamağı bacarıblar.
Qeyd edək ki, paralel keçən görüşdə Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" "İstanbulspor"la heç-heçə edib - 2:2.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0