“Fənərbaxça”nın prezidentliyə namizədi Hakan Safi "İnter"in türkiyəli ulduzu Hakan Çalhanoğlu ilə 3+1 illik müqavilə üzrə razılığa gəlib.
Apasport.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlarda ilkin anlaşma əldə olunub.
Futbolçunun şəxsi şərtləri razılaşdırılsa da, transferin rəsmiləşməsi üçün “İnter” klubu ilə yekun danışıqların aparılması gözlənilir.
Bütün bunlardan öncə isə Hakan Safi "Fənərbaxça"nın yeni prezidenti seçilməlidir.
"Sarı-lacivərdlilər"də yeni prezidentin adına bu gün keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək.
Hakan Çalhanoğlu cari mövsümdə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu