"Fənərbaxça" Nqolo Kante və Sidiki Şeriflə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, 2026-cı il dünya çempionatından sonra istirahətini başa vuran Nqolo Kante tibbi müayinədən keçib və komanda ilə məşqlərə başlayıb.
İstanbul təmsilçisi Sidiki Şerifin isə son məşqdə hiss etdiyi ağrılar səbəbindən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qornik Zabrze" ilə cavab oyunu üçün heyətə daxil edilmədiyini açıqlayıb.
Həmçinin zədəsi davam edən yeni transfer Vedat Muriqi də ÇL matçı üçün heyətə daxil olunmayıb.
Klub futbolçuların vəziyyətinin tibbi heyət tərəfindən yaxından izlənildiyini bildirib.
Qeyd edək ki, "Fənərbaxça" ilk oyunda "Qornik Zabrze" üzərində 1:0 qələbə qazanıb.