“Fənərbaxça”dan Tedesko QƏRARI
14.03.2026 - 21:34
Domeniko Tedeskonun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi mütəxəssisin işi ilə bağlı müzakirələr aparıb. Nəticədə onun komandada qalmasına qərar verilib.
"Sarı-lacivərdlilər" mövsümün sonuna qədər Tedesko ilə yola davam edəcək.
Qeyd edək ki, çalışdırıcı ötən ilin sentyabrında bu posta təyin olunub.
0
0