"Fənərbaxça"lı futbolçular arasında gərginlik - VİDEO
10.05.2025 - 10:53
"Fənərbaxça"lı futbolçular arasında gərginlik - VİDEO

Türkiyə Super Liqasında 35-ci turun növbəti oyunu keçirilib.

Apasport.az xəbər verir ki, “Başakşehir” doğma meydanda “Fənərbaxça”ya məğlub olub - 1:4.

Qarşılaşmanın ilk hissəsində “Fənərbaxça”nın oyunçuları Anderson Talişka və Duşan Tadiç arasında gərginlik baş verib. 

Belə ki, Tadiçdən istədiyi ötürməni ala bilməyən Talişka serb futbolçuya əl jesti edib. Tadiç komanda yoldaşının bu reaksiyasına əsəbiləşərək onun üstünə gedib. 

Qalmaqalın böyüməməsi üçün komanda yoldaşları onlara müdaxilə edib.

Görüntüləri təqdim edirik: