“Fənərbaxça”nın futbolçusu İngiltərə yolunda
09.06.2025 - 15:27
Türkiyə millisinin və “Fənərbaxça”nın yarımmüdafiəçisi İsmayıl Yüksek karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya Premyer Liqa təmsilçisi “Brayton”dan təklif gəlib.
İngiltərə klubunun təklifi İstanbul təmsilçisini razı salarsa, Yüksek bu ay “Brayton”un ofisinə yollanacaq.
26 yaşlı futbolçunun “Fənərbaxça” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0