“Fənərbaxça”nın heyətindən çıxarılan futbolçu “Trabzonspor”a keçə bilər
16.10.2025 - 15:17
"Fənərbaxça"da heyətdən kənarlaşdırılan İrfan Can Kahveci klubu tərk edə bilər.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Trabzonspor”un hədəfindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqa təmsilçisi oyunçunun vəziyyətini yaxından izləyəcək.
“Trabzonspor” qış fasiləsində İrfanla müqavilə imzalamaq niyyətindədir.
Daha əvvəl futbolçu ilə "Beşiktaş"ın da maraqlandığı bildirilirdi.
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
0
0