“Fənərbaxça”nın kapitanı CƏZALANDIRILIB
05.02.2026 - 22:21
Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) "Fənərbaxça"nın kapitanı Milan Şkriniara 2 oyunluq cəza verib.
Apasport.az xəbər verir ki, slovakiyalı müdafiəçi 80 min TL məbləğində pul cəzası kəsilib.
30 yaşlı futbolçu “Trabzonspor” və "Gənclərbirliyi" matçlarında meydana çıxa bilməyəcək.
Xatırladaq ki, Milan Şkriniar "Kocaelispor" - "Fənərbaxça" (2:0) matçında rəqib komandanın azarkeşlərini təhqir edib.
0
0