"Fənərbaxça"nın qolkiperi: "Üzr istəyirəm"
27.04.2026 - 11:53
“Fənərbaxça” Türkiyə Super Liqasının XXXI turu çərçivəsində səfərdə “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyunda ikinci sarı vərəqədən qırmızı vərəqə alan “sarı-lacivərdlilər”in qapıçısı Ederson bir sıra açıqlamalar verib.
Braziliyalı qolkiper rəsmi sosial media hesabında azarkeşlərdən üzr istəyib:
“Bu gecə baş verən hadisələrə görə azarkeşlərdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Hakimin qərarı yanlışdır və hələ də bununla razılaşmıram. Bizə qarşı haqsızlıq edildiyini düşünürəm".
0
0