"Fənərbaxça"ya 100-cü dəqiqə şoku: Dramatik son
23.02.2026 - 23:13
"Fənərbaxça"ya 100-cü dəqiqə şoku: Dramatik son

Bu gün Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

Çempionluq yolunda vacib qarşılaşmada qalib müəyyənləşməyib: 1:1.

Ev sahibi Asensionun 95-ci dəqiqədə vurduğu qolla hesabda irəli keçsə də, Allevinah 100-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub.

Bu nəticədən sonra "Fənərbaxça" xallarının sayını 53-ə yüksəldərək lider "Qalatasaray"la arasındakı xal fərqini 2-yə salıb.