"Fənərbaxça"ya isveçli müdafiəçi: Danışıqlar başlayır
23.06.2026 - 22:44
“Fənərbaxça” yay transfer dövründə növbəti hədəfini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi Norveçin “Sandefyord” klubunda çıxış edən Zinedin Smayloviçi heyətinə qatmaq istəyir.
“Sarı-lacivərdlilər”in 20 yaşlı mərkəz müdafiəçisinin transferi üçün hərəkətə keçdiyi bildirilir.
Qeyd edək ki, Bosniya və Herseqovina əsilli isveçli futbolçu bu mövsüm “Sandefyord”un heyətində 12 oyuna çıxıb və 1 qol vurub.
0
0