"Fənər"in futbolçusu ərəblərin radarında
08.10.2025 - 16:32
"Fənər"in futbolçusu ərəblərin radarında

"Fənərbaxça"nın futbolçusu Ceyden Ostervolde karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə "Əl-Hilal" yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Ərəblər niderlandlı futbolçunu transfer etmək üçün İstanbul təmsilçisi ilə danışıqlara start verib.

Onun "Fənərbaxça" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, niderlandlı oyunçu karyerası ərzində “Tvente” və “Parma” klublarında da çıxış edib.