“Fənər”in futbolçusu Fransa klubunda
19.01.2026 - 21:34
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Renn” polşalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, artıq tərəflər arasında razılaşma əldə olunub. İstanbul klubu oyunçunun satışından 10 milyon avro gəlir əldə edəcək.
Liqa 1 təmsilçisi 26 yaşlı futbolçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində çıxış etdiyi 25 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0