“Fənər”in futbolçusu “Latsio”nun radarında
02.05.2025 - 20:57
“Fənər”in futbolçusu “Latsio”nun radarında

"Fənərbaxça" və Polşa millisinin üzvü Sebastyan Şimanski yayda komandanı tərk edə bilər.

Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə "Latsio" yaxından maraqlanır.

İddialara görə, Şimanskinin özü bu keçidlə bağlı qərarını hələ verməyib.

Xatırladaq ki, oyunçu 2023-cü ildən "Fənər"in şərəfini qoruyur.

Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm "sarı-lacivərdlilər"lə meydana çıxdığı 48 rəsmi matçda 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.