“Fənər”in futbolçusu Super Liqada klubunu dəyişib
24.01.2026 - 00:18
“Fənər”in futbolçusu Super Liqada klubunu dəyişib

"Fənərbaxça"nın futbolçusu Bartuğ Elmaz Super Liqada klubunu dəyişib.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "Karagümrük"ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasında "Karagümrük"ün şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fənərbaxça" Bartuğ Elmazı 2023-cü ildə "Marsel"dən 1,4 milyon avroya transfer edib.