UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Fənərbaxça" ilə qarşılaşacaq "Feyenoord" heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi Belçikanın "Vesterlo" klubunda çıxış edən Cordan Bosu transfer edib.
Bu barədə "Feyenoord"un mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 22 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Roterdam klubu bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Avstraliya millisinin üzvü olan Bos ötən mövsüm "Vesterlo"nun heyətində 19 rəsmi matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Çelsi”yə ağır cəza: transfer qadağası və 10 milyonluq cərimə
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır