"Fənər"in rəqibinin heyətində ciddi itki - İKİ AY OYNAMAYACAQ
08.10.2025 - 14:52
"Fənər"in rəqibinin heyətində ciddi itki - İKİ AY OYNAMAYACAQ

"Fənərbaxça"nın UEFA Avropa Liqasındakı rəqibi "Ştutqart"ın heyətində ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın əsas qol silahı Ermedin Demiroviç zədələnib.

Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Ştutqart" matçı oktyabrın 23-də baş tutacaq.