"Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK
08.09.2025 - 11:33

“Fənərbaxça”nın zədəli futbolçusu Edson Alvarezin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 27 yaşlı oyunçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Xatırladaq ki, meksikalı yarımmüdafiəçi Yaponiya ilə keçirilən yoldaşlıq görüşünün (0:0) ilk hissəsində zədə alaraq oyunu yarımçıq tərk etmişdi.
Qeyd edək ki, müqavilə ilə “Vest Hem”ə məxsus olan Alvarez “Fənərbaxça”da bir illik icarə əsasında çıxış edir.
0
0