Ferdi Kadıoğlu: “Yeni hekayə yazacağımıza inanırıq”
08.06.2026 - 12:52
Ferdi Kadıoğlu: “Yeni hekayə yazacağımıza inanırıq”

Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu komanda daxilindəki atmosferdən danışıb.

Apasport.az xəbər verir ki, müdafiəçi İHA-ya açıqlamasında baş məşqçi Vinçenzo Montellanın gəlişindən sonra yığmada müsbət dəyişiklik olduğunu bildirib.

“Montella gəldikdən sonra atmosfer çox yaxşı şəkildə inkişaf etdi. Burada sanki ailə ortamı var. Bunu hiss edirik və çox xoşbəxtik. Meydanda da taktiki baxımdan nə etdiyini bilən komanda var. Düşünürəm ki, hər kəs bunu kənardan görə bilir.

İnamımız tamdır. Çünki buradakı atmosferimiz, komanda yoldaşlarımız arasındakı dialoqlar çox yaxşıdır. Yeni bir hekayə yazacağımıza inanırıq. Amma addım-addım irəliləməliyik”, - deyə Ferdi Kadıoğlu bildirib.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq. Montellanın komandası ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 08:00-da Vankuverdəki “BC Place” stadionunda başlayacaq.