Fernandes “Mançester Yunayted”i tərk edə bilər
14.01.2026 - 13:13
Fernandes “Mançester Yunayted”i tərk edə bilər

Portuqaliyalı futbolçu Bruno Fernandes yayda “Mançester Yunayted”i tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi karyerasında yeni səhifə açmaq niyyətindədir.

Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 310 oyunda 103 qol vurub, 95 məhsuldar ötürmə edib.

Portuqaliyalının klubla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.