
FİFA Ermənistan Futbol Federasiyasını 13 min İsveçrə frankı (16 min dollar) məbləğində cərimələyib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Cəzanın 12 min frankı komandanın uyğunsuz davranışı, nizam-intizam və təhlükəsizlik qaydalarının pozulması, eləcə də Portuqaliya yığması ilə keçirilən matç zamanı azarkeşlərin meydana daxil olmağa cəhd etməsi ilə bağlıdır.
Portuqaliya Futbol Federasiyasına isə bu insidentə görə xəbərdarlıq edilib.
Bundan əlavə, İrlandiya ilə oyunda baş verən hadisələrə görə Ermənistan Futbol Federasiyası 1000 İsveçrə frankı məbləğində əlavə cərimə ödəyəcək.