Fransa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
10.10.2025 - 21:33
Fransa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ

"Monako" baş məşqçi Adi Hütterlə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi avstriyalı mütəxəssislə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Adi Hütter 2023-cü ilin aprel ayında "Monako"nun baş məşqçisi təyin olunmuşdu.