Fransa kuboku: "Lans" finalda!
22.04.2026 - 01:13
Futbol üzrə Fransa kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, birinci yarımfinal qarşılaşmasında "Lans" doğma divarlar arasında "Tuluza"nı qəbul edib.
Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb: 4:1.
"Lans"ın finaldakı rəqibi "Strazburq" - "Nitsa" cütünün qalibi olacaq.
0
0