Fransa millisinin üzvü PSV-də - RƏSMİ
17.07.2025 - 15:57

PSV hücum xəttini yeni transferlə gücləndirib.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi "Borussiya Münhenqladbax"ın 32 yaşlı hücumçusu Alassan Plea ilə anlaşıb.
Bu barədə PSV-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, PSV fransalı futbolçu üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Alassan Plea Fransa millisində 1 rəsmi oyuna çıxıb. O, karyerası ərzində “Lion” və “Nitsa” klublarında da çıxış edib.
0
0