Fransa pley-offda - 1/16-ya vəsiqəni təmin etdi
23.06.2026 - 05:01
Fransa millisi 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlib.
Apasport.az xəbər verir ki, Didye Deşamın komandası I qrupunun II turunda İraqı 3:0 məğlub etməklə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Beləliklə, Fransa qrupda keçirdiyi ilk iki oyundan sonra topladığı 6 xalla son turun nəticəsindən asılı olmayaraq ilk iki pillədən birini təmin edib.
Qeyd edək ki, Fransa mundialdakı ilk matçında Seneqalı 3:1 hesabı ilə məğlub etmişdi. "Üçrənglilər" qrup mərhələsinin son turunda Norveçlə qarşılaşacaq.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0